Kanadada hicablı qadın bu fəaliyyəti ilə tarixə düşəcək
05.03.2020 11:11Kanadada ilk dəfə başıbağlı televiziya aparıcısı xəbərlər proqramını aparacaq.
Об этом сообщает Роспрес
Saytımızın xəbərinə görə, Panamada dünyaya gələn müxbir Ginella Massa “Facebook” sosial hesabından etdiyi paylaşımda “CityNews” kanalında gecə xəbərlər proqramını aparacağını açıqlayıb.
Massa, “Şəxsən mənim üçün çox böyük bir məsələ deyil, amma bildiyim qədəri ilə Kanadada bu günə qədər heç vaxt başıbağlı bir qadın xəbər bülletenini aparmamışdı” deyə ifadələrini işlədib.
2015-ci ildən müxbir olaraq efirlərə çıxan Massa, eyni zamanda Kanadanın ilk hicablı aparıcısı olaraq tarixə düşəcək.

