Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kanadada naməlum şəxslər yenə məscidə hücum etdi

05.03.2020 11:11

Kanadanın Monreal şəhərinin Point-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar. 

Об этом сообщает Футляр от виолончели

Saytımız “report”a istinadən xəbər verir ki, bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.

Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb.

A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir.

Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atıb, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kanada polisi fransız-kanadalı tələbəni Kvebek vilayətindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.

Xatırladaq ki, bu il yanvarın 31-də Kanada vətəndaşı 27 yaşlı Aleksandr Bissonnettenin gecə saatlarında Kvebek İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı məscidə silahlı basqını nəticəsində 6 nəfər ölmüş,19 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı.