Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kardaşyanın gizlətməyə çalışdığı övladının surroqat anasını tapdılar

05.03.2020 11:11

Paparazzilər Kim Kardaşyan və əri Kanye Uestin gizlətməyə çalışdığı və 3-cü övladlarını dünyaya gətirəcək surroqat ananın izinə düşüb.

Об этом сообщает Роспрес

Saytımızın erməni mediasına istinadən verdiyi məlumata görə, bu işin arxasınca düşən paparazzilər Kardaşyanın 3-cü övladını dünyaya gətirmək üçün 45 min dollar ödədiyi surroqat ananın şəkillərini çəkib.

İngiltərənin “Daily Mail” nəşri surroqat ananın üzü bağlı şəkillərini yayımlayıb. Qadının fotoları alış-verişdən evə qayıdan zaman çəkilib.

Qeyd edək ki, Kim və Kanyenin surroqat anadan doğulacaq qızının yanvar ayında dünyaya gələcəyi bildirilirdi. Lakin “US Weekly” nəşri yazır ki, uşaq dekabr ayının sonlarında doğulacaq.

Bazar günü “The Real” şousunda iştirak edən Kim Kardaşyan surroqat ananı ailəsinin bütün üzvləri ilə tanış etdiyini söyləyib:

“Bu mənim üçün qəribə olsa da, onu ailəmin bütün üzvləri ilə tanış etdim. Mənim onunla çox yaxşı münasibətim var. O, gözəl insandır və bunu edə biləcək şəxsdir”.