Kassa və qarson yoxdur, hesab onlayn ödənir – İranda robotsayağı restoran
05.03.2020 11:11İranın paytaxtı Tehranda yerləşən “Roboşef” adlı ilk robotsayağı restoran daha çox gənclərə xidmət göstərməyi hədəfləsə də, müxtəlif yaş qruplarından olan müştərilərin diqqətini çəkməyə başlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, restoranda müştəriləri robot qarsonlar qarşılayır, sifarişdən, xidmətə hər şey texonologiya ilə həyata keçirilir, hesab onlayn ödənir.
Oturacaqlar digər restoranlardakı kimi sıradan olsa da masalar rəqəmsal ekrana çevrilən, böyük bir planşet görünüşündədir. Belə ki, masalarda sensor ekrana toxunmaqla, yeməyinizin tərkibini istəyinizə uyğun seçə bilirsiniz.
Mətbəxdən alınan sifarişlər, masaların arasına yerləşdirilən və relslə hərəkət edən robot qarsonlar vasitəsilə çatdırılır. Sifarişi gözləyərkən, masalarda oyun da oynamaq olur. Restoran daha çox pizza təklif edir. Qiymətləri isə digər restoranlardan heç də fərqlənmir.
Nərmin Kərim

