Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kataloniya və Kürdüstandan hiyləgər oyun – Xalqın “hə”sini alan separatçılar nəyi gözləyir?

05.03.2020 11:11

Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.

Об этом сообщает Руспрес

Politoloq Elxan Şahinoğlu bunun hiyləgər oyun olduğunu bildirib.

“Həm Şimali İraqdakı kürdlər, həm də Kataloniya hiyləgər gediş etdilər. Hər ikisi referendum keçirib, özmüqədərratını təyin etdilər, xalqlarının müstəqilliyə “hə”sini qazandılar. Ancaq hər ikisi də referendum nəticəsinə uyğun olaraq müstəqilliklərini elan etmədilər”

E.Şahinoğlu qeyd edib ki, müstəqilliyin elan edilməsi ağır nəticələrə səbəb olacaqdı.

“Həm İraqdakı kürdlərin, həm də İspaniyadakı katalonların müstəqillikləri onlara baha başa gələcəkdi, biri Avrasiya bölgəsində, digəri Arvopada dərin böhran yaradacaqdı. Separatçılqr indiki şəraitdə risqə getmədilər. Bağdad və Madrid sakitləşə bilərlərmi? Əsla. Şimali İraq və Kataloniyadakı referendumlar iki dövlətin ərazi bütövlükləri üzərində “demokl qılıncı” kimi qalacaq. Əllərində referendumun nəticəsi olan separatçılar münasib vaxt gözləyəcəklər. Elə məhz bu səbəbə görə Azərbaycan heç bir halda Dağlıq Qarabağda ermənilərə referendum keçirməyə imkan verə bilməz”, – deyə politoloq bildirib.