Kataloniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
05.03.2020 11:11Kataloniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Об этом сообщает Роспрес
A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səsvermə günü ümumilikdə 2680 seçki məntəqəsi yerli vaxtla saat 09.00-dan 20.00-dək fəaliyyət göstərib. Seçici fəallığı yerli vaxtla 18.00-da rekord həddə– 68 faizdən çox olub.
Qeyd edək ki, Kataloniyada 5,55 mln. nəfər səsvermə hüququna malikdir, onlardan 226 min nəfəri xaricdə yaşayır.
Səsvermənin yekunlarına əsasən, 135 nəfər deputat mandatına malik olacaq.
Sorğulara əsasən, ümumilikdə 7 əsas partiyanın parlamentə keçmək şansı var. Birinci yerə “Kataloniyanın solçu respublikaçıları” partiyası və İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən “Vətəndaşlar” mərkəzçi partiyası daha çox iddialıdır.
Deputatlar aprelin 7-dək Kataloniya hökumətinin rəhbərini təyin etməlidirlər.

