Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kataloniyadan sonra Bavariya da müstəqillik tələbi ilə hərəkətə keçdi

05.03.2020 11:11

Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyada fəaliyyət göstərən Bavariya Partiyası Almaniyadan ayrılaraq müstəqillik elan etmək üçün proseslərə start verib.

Об этом сообщает Роспрес

“A24.Az” xəbər verir ki, partiyanın “Facebook” səhifəsində yayımlanan açıqlamada “Bavariyanın müstəqilliyi, Bavariyanın Federativ Almaniya Respublikasından ayrılması bizim haqqımızdır” fikirləri yazılıb.

Alman mətbuatı yazır ki, partiya Avropa Ədalət Məhkəməsinə müraciət edəcək və Bavariya dilinin Alman dilindən fərqli olmasına dair sənəd tələb edəcək. Ötən il Almaniya Ali Məhkəməsi Bavariya Partiyasının tələbini rədd edərək referenduma icazə verməmişdi.

Qeyd edək ki, partiyanın İraq və İspaniyada keçirilən Kürdüstan və Kataloniyanın müstəqillik referendumundan təsirlənərək bu tələbi yenidən irəli sürdüyü deyilir.