Kazino qarşısında atışma – Xeyli ölən və yaralanan var – VİDEO
05.03.2020 11:12Las-Veqasda “Mandalay Bay Casino” kazinosu yaxınlığında baş verən atışmada azı iki nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Об этом сообщает Роспрес
Eyni zamanda, hadisə şahidləri silahlı insident nəticəsində ölən və yaralananların daha çox olduğunu bildiriblər.
Hazırda kazino yaxınlığında əməliyyat qərargahı açılıb, polis xüsusi əməliyyatlar keçirir.
Las-Veqasdakı ən böyük kazino qarşısında atışma baş verib.
“Mandalay Bay Casino”nun yaxınlığında atışma barədə məlumatı araşdırırıq. Hamını bu ərazidən yan keçməyə çağırırıq”, – polisin “Twitter”də yerləşdirdiyi məlumatda deyilir.
Öz növbəsində, “Hollywood Reporter” qəzeti kazino yaxınlığındakı atışma nəticəsində azı 20 nəfərin yaralandığını bildirir.
Silahlının “Mandalay Bay Hotel” mehmanxana kompleksinin eyvanından atəş açdığı güman edilir. O, yaxınlıqda keçirilən kantri-musiqi festivalına toplaşanları nişan alıb.
Məlumata görə, silahlı çox güman ki, qaçıb gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları kazinoya yaxın yolların bağlanması barədə xəbərdarlıq edib. //Report

