Kəbədə “qan fəvvarəsi”nin hardan qaynaqlandığı məlum oldu – VİDEO
05.03.2020 11:12Ötən gün Kəbədə Qara Daşın yanında qan fəvvarəsinin meydana gəlməsi ilə bağlı yayılan görüntülərin harda və nə zaman baş verməsi haqda məlumat yayılıb.
Об этом сообщает Роспрес
Saytımızın “Haramain Sharifain” facebook səhifəsindən əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 11-də adı çəkilən məkanda baş verib.
Səhifədə paylaşılan videoda “İki şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar Qara Daşın yanında ağır yaralanıb. Alimlərin böyük əksəriyyəti öz fətvalarında bildirir ki, Qara Daşı öpmək məcbur deyil. Rəvayət olunur ki, Ömər (Allah ondan razı olsun) Qara Daşa yaxınlaşın onu öpərək bunları deyib: “Bilirəm ki, sən ancaq daşsan, nə xeyir verə bilərsən, nə zərər gətirə bilmərsən. Peyğəmbərimizin (s.ə.s) səni öpdüyünü görmədiyim üçün, mən də səni öpmürəm” yazılıb.
Yazılanlardan belə nəticə çıxartmaq olur ki, hədsiz sıxlıq olub və zəvvarlara təhlükəsizliklə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, iki nəfər əzilərək ağır yaralanıb.
Lakin sosial mediada Kəbənin yanında yerdə qanın olması Aşura günü ilə əlaqələndirilərək Allahın bir möcüzəsi kimi təqdim edilib.

