Keçid balları 150-yə enir? – AÇIQLAMA
05.03.2020 11:12A24.az saytının müsahibi təhsil üzrə ekspert, təhsil işçisi Elçin Əfəndidir.
Об этом сообщает Футляр от виолончели
Elçin müəllim, bu ilki qəbul ilində neçə ixtisas üzrə qəbul aparılacaq və ümumi plan yeri nə qədərdir?
Bildirim ki, bu il 160 ixtisas üzrə qəbul aparılacaq və ümumilikdə 43000 plan yeri ayrılıb. Onlardan I qrup üzrə 14000, II qrup üzrə 12500, III qrup üzrə 10000, IV qrup üzrə 3300, V qrup üzrə isə 3200 yer nəzərdə tutulur.
Nəzərinizə çatdırım ki, Yaz qəbul imtahanında 31 383 nəfər müsabiqə vəziyyətini ödəyib. Yay qəbul imtahanını da nəzərinə alsaq, kəsilən 32837 nəfərdən haradasa 10-12 mini 200 baldan artıq bal toplamaqla təxmini plan yerlərini doldura bilər. Bundan əlavə vurğulayım ki, ötən il 41 736 plan yeri vardısa onun da 34 224-ü tutulmuşdu. İndi 43000 min plan yeri var. Amma bu o demək deyil ki, mütləq hamısı tutulmalıdır. Təbii ki, ixtisas seçimi zamanı yanlış ixtisas seçənlər, müsabiqə vəziyyətini ödəyə bilməyənlər boş qalan yerlərin olmasına səbəb olacaqlar.
Elçin müəllim, plan yerləri ötən illərə nisbətən çoxdur. Bu keçid ballarının düşməsinə təsir edəcəkmi?
İxtisas qrupları üzrə keçid ballarında düşmə olmayacaq. Amma bəzi ixtisaslar var ki, onlarda keçid balı 150 olacaq.
Hansı ixtisaslarda?
Məsələn aşağıdakı ixtisasların siyahısı sonradan müəyyənləşdirilməklə keçid balları 150 olacaq. Bu barədə müvafiq olaraq Dövlət İmtahan Mərkəzi bir neçə ay bundan öncə məlumat vermişdi. Beləki
I qrup üzrə: “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Texnologiya müəllimliyi”, “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”, “Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “İstehlak mallarının ekspertizası və marketinqi” və “Poliqrafiya mühəndisliyi” ixtisasları
II qrup üzrə: “Menecment”, “Marketinq”, “Biznesin idarəedilməsi”, “Kommersiya”, “Regionşünaslıq (regionlar üzrə)” və “Turizm və otelçilik” ixtisasları
III ixtisas qrupu üzrə: – Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır; – Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; – Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır; – Siyahısı sonradan müəyyənləşdiriləcək ali təhsil müəssisələrində (filiallarında) “Məktəbəqədər təlim və tərbiyə”, “Filologiya (dil və ədəbiyyat göstərilməklə)”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Sosial iş” ixtisasları üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur); – Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə ümumi balı 100-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).
IV qrup üzrə isə “Baytarlıq”, “Ekologiya”, “Su bioehtiyatları və akvabitkilər” və “Əczaçılıq” ixtisaslarında keçid balları 150 olacaqdır.
Elçin müəllim təşəkkür edirik. Sonda bir sualımız daha vardı. Bir neçə gündür ki, ali məktəblərə qəbul imtahanı vermədən qəbul olmaq barədə danışılır. Bu barədə nə düşünürsünüz?
Diqqətinizə çatdırım ki, bu haqda Milli Məclisin 13 iyun tarixinə təyin olunan plenar iclasında qanun layihəsi bir sıra millət vəkili tərəfindən irəli sürüləcək. Bu isə qanun layihəsinin qəbul olunacağı anlamına gəlmir. Qanun layihəsində nəzərdə tutulan bir il ali məktəblərin özündə və ya nəzdində abituriyent hazırlıq keçməklə artıq o universitetin tələbəsi adını qazanmış hesab olunacaq. Bu isə olduqca primitiv yanaşmadır. Əvvəla ona görə ki, ali məktəblər tələbə hazırlayır. Tələbə hazırlamağa onlarda nə zaman, nə də mövcud imkanlar var. İkinci bir tərəfdən bu əksər abituriyentdə arxayınlıq yaratmaqla təhsilin keyfiyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Üçüncüsü isə bu rüşvət və digər neqativ hallara yol aça bilər. Ona görə də fikrimcə, qanun layihəsi qəbul olmaya bilər. Olarsa belə bu tez bir zamanda deyil, ali məktəblərin potensial imkanlarını yaxşılaşdırmalarından sonra növbəti illərdə həyata keçirilə bilər.

