Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş deputat evinə gedərkən güllələndi

05.03.2020 11:12

Gürcüstan parlamentinin keçmiş deputatı Vasil Davitaşvili evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Об этом сообщает Руспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, hadisə aprelin 18-də Kaxeti əyalətinin Telavi rayonunda keçmiş deputat qəbiristanlıqdan evinə qayıdarkən olub. Vasil Davitaşvili “Makarov” tipli tapançadan açılan atəş nəticəsində qarın boşluğu nahiyəsindən və aşağı ətrafından 8 güllə yarası alıb.

Xəbərdə bildirilib ki, ona hazırda cərrahiyyə əməliyyatı edilir.

Ailəsi hadisədən gec xəbər tutub. Onlar bildiriblər  ki, V.Davitaşvili keçmiş deputat fəaliyyətinə görə hücuma məruz qalıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslə onun əvvəllər münaqişəsi olub.

Qeyd edək ki, Vasil Davitaşvili 2011-ci ildə Gürcüstan parlamentinin üzvü olub. O, parlamentdə “Vahid milli hərəkat” Partiyasını təmsil edib. Ondan əvvəl isə Telavi rayonunun icra hakimiyyətinin başçısı olub.