Keçmiş futbolçu şahzadə sevgilisi üçün müsəlman oldu
05.03.2020 11:12Malayziyada Johor Xanədanının şahzadəsi Tunku Tun Əminə İsgəndəriyyə əvvəllər maniken və futbolçu olan hollandiyalı Dennis Muhəmməd Abdullahla evlənib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, toy mərasimi avqustun 14-də keçirilib. Malayziyalı şahzadənin 31, keçmiş model və futbolçu olan Dennisin isə 28 yaşı var. Qeyd edək ki, Dennis Muhamməd Abdullah sevdiyi qız üçün dinini dəyişdirərək müsəlman olub.
Şahzadənin rəsmi toy mərasimi xalqa açıq şəkildə nümayiş etdirilib və 1200 malayziyalı iştirak edib. Johor Bahru şəhərinin Dataran Bandaraya meydanına toplaşan insanlar isə toy mərasimini nəhəng ekranlardan izləyiblər.
Şahzadə Tunku Tun İsgəndəriyyə Johor Sultanı İbrahim İsmayılın 6 övladından biri və yeganə qızıdır. Toy mərasimində gənc şahzadə Malayziya adət-ənənələrinə görə, atasının razılığını və duasını alıb. Daha sonra yeni evli cütlüyün üzərinə su və düyü səpilib.
Amsterdam yaxınlığında Dennis Verbaas adı ilə dünyaya gələn bəy 2015-ci ildə dinini dəyişdirərək müsəlman olub. Johorda daşınmaz əmlak şirkətində işləyən Dennis Muhamməd Abdullah futbol karyerasından sonra Sinqapurda modellik edib.
3 ildir ki, bir-birini tanıyan cütlük Malayziyada kafelərdən birində tanış olublar.
Qeyd edək ki, Malayziyanın cənub hissəsində yerləşən Johor ölkədə ordusu olan yeganə əyalətdir. Bundan başqa Johor Xanədanı böyük bir sərvətə sahibdir. Odur ki, zərif ağ gəlinlik geyinən malayziyalı şahzadənin taxdığı ləl-cəvahirat və evlilik üzüyü diqqətlərdən yayınmayıb.
Firuzə Alimova / A24.az

