Keçmiş MTN-nin Qusar şöbəsinin rəisi axtarışa verildi
05.03.2020 11:12Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar Rayon Şöbəsinin sabiq rəisi, xüsusi xidmət orqanlarının polkovniki Nazim Fətullayev axtarışa verilib.
A24.Az “Report”a istinadla xəbər verir ki, buna səbəb onun külli miqdarda dövlət əmlakını mənimsəməsi və müxtəlif banklardan götürdüyü külli miqdarda krediti ödəməməsidir.
N.Fətullayev dəfələrlə məhkəmə çağırışlarından və istintaqdan yayınıb. Bundan sonra o, axtarışa verilib.
Об этом сообщает Роспрес

