Keçmiş prezident İŞİD və ABŞ haqqında maraqlı açıqlama verdi
05.03.2020 11:12“Əfqanıstanda terror təşkilatı olan İŞİD-in mövcud olmsı ABŞ-ın öz layihəsidir”.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu sözləri Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayi deyib.
Kərzayi verdiyi açıqlamada Əfqanıstanda terror fəaliyyəti həyata keçirən bütün İŞİD üzvlərinin xaricdən xüsusi məqsədlərlə gətirildiyini və terror təşkilatının ABŞ tərəfindan dəstəkləndiyini bildirib. ABŞ-ın Əfqanıstanda terror fəaliyyətlərinin bitməsini istəmədiyini deyən Kərzayi, 2002-ci ildən etibarən terrorla mübarizə məqsədilə Əfqanıstandakı ABŞ qüvvələrini nəzərdə tutaraq “vəziyyət belə olmasaydı, ABŞ burada olmasına baxmayaraq, terror təhlükəsi günbəgün artmazdı” deyib.
Kərzayi ABŞ-ın həyata keçirdiyi hücumlarla əfqan xalqına və torpağına hörmətsizlik etdiyini, ölkəni sınaq meydançasına çevirdiyini bildirib.

