Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş SSRİ-ni qorxuda saxlayan “generallar”: Azərbaycanlı “oğru”lar 5-cidir…

05.03.2020 11:12

Hazırda keçmiş SSRİ məkanında 433 “qanuni oğru” var ki, onların da 137 nəfəri azadlıqda, 17 nəfəri isə axtarışdadır.

Об этом сообщает Роспрес

A24.Az cebhe.info-ya istinadən xəbər verir ki, həbsdə 116, istintaq altında isə 31 nəfər var.

Milli tərkibinə görə “oğrular” arasında gürcülər çoxluq təşkil edir – 243 nəfər. İkinci yerdə ruslar (52), üçüncü yerdə ermənilər (28 nəfər) dayanır. Yezidilər 26 nəfər olmaqla sonrakı yeri tuturlar. Azərbaycanlı “oğru”ların sayı isə 17 nəfər təşkil edir. “Kriminal general”lar arasında 8 çeçen, 9 abxaz, 1 talış, 1 alman, 5 yunan, 4 tatar da var. Yaş qrupuna görə “oğrular” belə bölünüb:

1. 21-35 yaşlı- 37 nəfər

2. 36-49 yaş-206 nəfər

3. 50-64 yaş- 146 nəfər

4. 65-dən yuxarı- 33 nəfər.

65 yaşdan yuxarı “oğru”lar arasında azərbaycanlılar yoxdur. 21-35 yaşlı “oğrular” arasında 3 azərbaycanlı var: Cavid Məmmədov, Zaur Şipilov və Taleh Dağlıyev. Digər azərbaycanlı “oğrular” isə 2 və 3-cü yaş kateqoriyasına aiddir.