Kəmaləddin Heydərovun sözcüsü işdən çıxdı — “Haqqınızı halal edin!”
05.03.2020 11:12Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, bu barədə “modern.az”a Oqtay Bayramov özü məlumat verib.
O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib:
“Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin!”.
Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.

