Kənan da Zəhraya şeir yazdı: “Bütün mələklərin adı Zəhradır”
05.03.2020 11:12Rejissor Kənan Mahmudov Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.
Об этом сообщает Руспрес
A24.az həmin şeiri təqdim edir:
Zəhralar dünyada gülə bilmədi
Peyğəmbər balası Zəhradan qaldı.
Bu dərdi güllələr silə bilmədi,
Zəhra mələk oldu dünyadan qaldı.
O indi cənnətdə huri mələkdir.
Cənnətdə peyğəmbər qucağındadır.
Dözməyən bu dərdə qanlı ürəkdir,
Şəhidlər peyğəmbər ocağındadır.
Bütün mələklərin adı Zəhradır,
Mələklər Zəhraya mələk deyirlər.
Zəhrasız bu dünya boş bir səhradır,
Cənnətə Zəhralar gərək deyirlər.
Elvin Paşazadə

