Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kənan MM həmişəki ampluasında – Bu dəfə türkiyəli məşhurun “İnstagram” fotosuna qeyri-etik rəy yazdı: “Qarşıma çıxsan səni…”

05.03.2020 11:12

Tez-tez məşhurlara yaraşmayan hərəkətlərilə gündəmə gələn klipmeyker Kənan Mahmudov (MM) bu dəfə də qeyri-adi hərəkətilə diqqət çəkib.
A24.Az xəbər verir ki, Kənan türkiyəli məşhur aşpaz, müxtəlif jest və hərəkətlərilə gündəmə gələn Nüsrət Gökcənin sosial şəbəkədə paylaşdığı fotosuna rəy olaraq qeyri-etik ifadələr yazıb. Kənan Nüsrəti küçə savaşı tərzində hədələyərək, ona qarşı qeyri-əxlaqi ifadələr işlədib.
Qeyd edək ki, Nüsrət tez-tez erməni musiqilərində rəqs etdiyi görüntülərini paylaşır və azərbaycanlı izləyiciləri tərəfindən təhqir edilirdi.
Azərbaycanın tanınmış simalarından olan Kənan Mahmudovun onunla sadə bir izləyici dilində, həm də qeyri-etik ifadələrlə danışması da birmənalı qarşılanmayıb.
Sözügedən fotonu və şərhləri təqdim edirik.

Об этом сообщает Руспрес