Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kənan MM sözünün üstündə durmadı – “Maşın Şou”

05.03.2020 11:12

Daha bir iştirakçı “Maşın” şoudan ayrılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun daha bir buraxılışı baş tutub. C.Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Kənan isə ifaçının seçimindən təəccübləndiyini və sonadək mübarizə aparacağını söyləyib:

“Verilişə gələndən deyirəm ki, bu maşın mənə lazım deyil. Sözümün ağasıyam. Dünənə qədər maşını İslamın udmasını istəyirdim. Lakin oğlum bu gün verilişə gəlmişdi və ondan soruşdum ki, maşını kim aparsın. O isə bildirdi ki, bizim maşınımız var. Onu ud və Hüseyn Dəryanın oğluna ver. Sonda mənə yaxın olan Pərvinlə də qalsam, əlimi çəkən deyiləm”.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, aktrisa Pərvin Abıyeva, müğənnilər Nadir Qafarzadə, Səidə Sultan, Təranə Qumral, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova və aparıcı Azər Zahid davam etdirir. Sonda isə az bir faiz hesabı ilə səs toplayan Cavad Rəcəbov şoudan ayrılıb.

Elvin Paşazadə // A24.Az