Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kennedinin sui-qəsdi ilə bağlı gizli qovluq xalqa açıqlandı – Trampın göstərişi ilə

05.03.2020 11:12

ABŞ prezidenti Donald Trampın göstərişi əsasında keçmiş ABŞ prezidenti Con F.Kennedi sui-qəsdi ilə bağlı bu günə qədər gizli saxlanılan 2891 sənəd internetdə yerləşdirilib.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Tramp Con F.Kennedi sui-qəsdinin qeydlərinin açıqlanması üçün hərəkətə keçib.

ABŞ Milli Arxivi tərəfindən sənədlərin bir hissəsi məhdudiyyət olmadan internetdə daxilolmaya açıldı, qalanı üçün isə müvafiq qurumların işləri gedir.
Tramp qalan izlər məsələsində də gecikmə olmadan lazımı açıqlamaların edilməsini istəyib. Buna görə də 26 aprel 2018-ci ilə qədər bəzi düzəlişlər edilərək digr məlumatar da açıqlanacaq.

Kennedi sui-qəsdi ilə bağlı bəzi həssas sənədlərin isə Federal Təhqiqat Bürosu (FBI) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) icazə verdikdən sonra açıqlanacağı bildirilib.

Sözügedən qeydlərə ABŞ Milli Arxivinin “archives.gov” adlı internet saytından baxmaq mümkün olacaq.

Qeyd edək ki, Donald Tramp bir neçə gün öncə “Twitter” üzərindən etdiyi açıqlamada Kennedi sui-qəsdinə dair gizli sənədlərin xalqa açıqlanmasına icazə verəcəyini bildirmişdi. Trump, “Daha çox məlumat alınması üçün prezident olaraq uzun zamandan bəri qadağan olunan gizli JFK fayllarının açılmasına icazə verəcəyəm” demişdi.

Xatırladaq ki, ABŞ-ın 31-ciprezidenti Con Kennedi 22 noyabr 1963-cü il tarixində Dallasda sui-qəsd nəticəsində öldürülüb. Həmin gün Dallasa gedən Amerika prezidentinin korteci hava limanından xüsusi xidmət orqanı agentlərinin müşayiəti altında şəhərin mərkəzinə yol alır. Prezident avtomobilinin dam örtüyünün olmasına baxmayaraq prezidenti qarşılamaq üçün küçələrə çıxmış insanlar və yaxşı hava şəraiti nəzərə alınaraq prezidentin maşının dam örtüyü açılır. Avtomobili məktəb kitabxanasının yanından keçərkən snayperdən 3 dəfə atəş açılır. Kennedi çiynindən və başından yaralanır, üçüncü güllə isə avtomobildəki Texas qubernatoru Konnolinin çiyninə tuş gəlir. Prezident yaxınlıqdakı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmur.

Bu qətl 20-ci əsr Amerika tarixinin ən önəmli hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda əsrin ən müəmmalı sirri olaraq qalıb. Bu günə qədər də Kennedinin kim tərəfindən qətlə yetirildiyi barədə fikirlər, mülahizələr irəli sürülüb. “Görəsən prezidenti kim qətlə yetirib? Li Harvi Osvald? MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi)? Vitse-prezident Conson? Hərbçilər? Masonlar? İllüminatilər? 300-lər Komiteti? Gizli dünya hakimiyyəti? Osvald tək idi, yoxsa ona kimsə kömək edib? Əgər qatil tək idisə, niyə həbs edildikdən sonra öldürüldü?” kimi müxtəlif suallar yaranıb.

Nəhayət uzun illər sonra ABŞ prezidenti Donald Tramp bütün suallara son qoyulması üçün Kennedinin sui-qəsdi ilə bağlı gizli qovluğun xalqa açıqlanmasına qərar verib.