Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kerçdə təkbaşına 130-dan artıq faşisti biçib-tökdü – Stalin Qəhrəman əmrini elə o an verdi

05.03.2020 11:12

1923-cü ildə Gədəbəyin Heriknaz kəndində dünyaya göz açmışdır. Hələ uşaqlıq illərindən özünün zəhmətsevərliyi, çevikliyi ilə qohum-əqrabanın hörmətini qazanmışdı. Atası Nadir kişinin arxası, köməyi olmaq istəyirdi.

Об этом сообщает Футляр от виолончели

Bu arzu onu Bakıdakı texniki-peşə məktəblərindən birinə gətirib çıxardı. Bənnalıq sənətinə yiyələndi, Bakmm tikintilərində çalışmağa başladı. O, yeniyetmə olsa da, təcrübəli ustalardan geri qalmırdı. İşləyə-işləyə təhsilini davam etdirmək arzusunda idi. Lakin qəfil başlanan müharibə onun da arzusunu gözündə qoydu.

… Almanlar böyük bir sürətlə irəliləyərək Mozdoka gəlib çatmışdılar. On səkkiz yaşı yenicə tamam olmuş Mehdi 1942-ci ilin may aymda orduya çağırıldı. O, qısa təlimdən sonra Mozdok altmda ilk döyüşə girdi. Cəsur dağlar oğlu elə ilk döyüşdə komandirin diqqətini cəlb etdi.

Alman faşistləri Bakı neftini ələ keçirməyə can atırdılar… Mehdinin gözləri önündə kəndlər, şəhərlər od tutub yanırdı. Bakıya doğru gedən bu odun-alovun qarşısmda sipər olmaq istəyirdi. O, mərdliklə vuruşurdu. Diviziya qəzetlərindən biri yazırdı: «Əyninə təzəcə hərbi paltar geyinmiş Mehdi Quliyevi atəş mövqelərində tanımaq olmur. Bu qorxmaz dağ qartalı faşistlərlə döyüşdə şimşəyə bənzəyir. Mehdi Quliyevin pulemyotunun səsi gələn yerdə düşmən bir qarış da irəliləyə bilmir». Artıq «dağ qartalı» ləqəbi daşıyan Mehdi Quliyev rmavirin və Nalçikin azad olunmasında böyük igidliklər göstərdi. Bu döyüşlərdə öz rəşadəti ilə fərqləndiyinə görə hissə komandiri Gədəbəy rayon Hərbi komissarlığma və valideynlərinə təşəkkür məktubu göndərdi. Atası Nadir kişi və anası Səkinə xanım tez-tez belə təşəkkür məktubları alırdılar.

Kerç ətrafmda gedən döyüşlərin birində faşistlər serjant Mehdi Quliyevin təzəcə daxil olduğu pulemyotçular briqadasını məhv etmək üçün tələ qurmuşdular. Hər yanda bombaların açdığı çalalar görünürdü. Mehdi bunlardan birinə girib,ətrafa nəzər saldı. Hər yan sakitlik idi…

Bir dəstə faşistin sürünə-sürünə ona yaxınlaşdığını gördü. Bir an da gecikmək olmazdı. Mehdi faşistləri pulemyot atəşinə tutdu. Onlar geri çəkilib yenidən hücuma keçdilər. Mehdi də, onun döyüş dostları da öz mövqelərində möhkəm durmuşdular. Bu döyüşdən sonra Mehdi Quliyev daha da şöhrətləndi. Qəzetlər onun qəhrəmanlığı haqqında məqalələr dərc edirdi…

Mehdi Quliyevin gözləri qarşısında neçə döyüş dostu həlak oldu. O, qorxunu, ölümü ağlına belə gətirmirdi. Səngər dostlarını qələbəyə ruhlandırırdı. Hər tərəf od-alov içindəydi. Təyyarələr aramsız bomba tökürdü. Hər iki tərəfdən çoxlu tələfat var idi. Mehdi Quliyev bu döyüşdə 130-dan çox faşisti məhv etdi. Özü də yaralandı. Səhra hospitalmda müalicə olunub, yenidən döyüşə atıldı.

1943-cü il noyabr ayınm 17-də Kerç uğrunda gedən döyüşlərdə göstərdiyi böyük igidliyə görə ona Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ad verildi. Hərbi sahədəki istedadmı yüksək qiymətləndirən komandir onu 1944-cü ilin mart aymda Krasnodar Minomyot Atıcılıq Məktəbinə göndərdi.

1945-ci ilin payızında baş leytenant Mehdi Quliyev doğma Heriknaz kəndinə Sovet İttifaqı Qəhrəmanı kimi qayıtdı. Elə həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə qəbul oldu. Bir neçə il Bakı Hərbi Komandanlığında şöbə rəisinin müavini, sonra isə Bakı Su Xəttinin Mühafizəsi Divizionunun komandiri vəzifələrində çalışdı. Mehdi Quliyev 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Daxili İşlər Nazirliyinin Mühafızə Şöbəsinin rəisi olub. Polkovnik rütbəsinə qədər yüksəlib. DİN-də işlədiyi dövrdə el-obasma böyük arxa olub. Çətinə düşən hər kəsin harayma çatıb. Mehdi Quliyev general-mayor rütbəsinə təqdim olunduğu bir vaxtda – 1976-cı ildə 53 yaşında dünyasını dəyişib. Oğlu – hazırda polkovnik rütbəsində oan Sabir Quliyev atasınm yolunu ləyaqətlə davam etdirir.

1 / 8

Əziz Əlibəyli