Keri Kavano: “Rusiya həmişə Qarabağ problemində mərkəzi oyunçu olacaq”
05.03.2020 11:12ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Qarabağ münaqişəsi məsələsində biz Moskvayla sıx əməkdaşlıq edirdik.
Об этом сообщает Руспрес
A24.Az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda məlumatı Helsink komissiyası tərəfindən təşkil edilmiş brifinq zamanı ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik bildirib.
Uorlik qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinin sülh nizamlanmasına sadiqdir:
“Mən deyərdim ki, bu problemlərin həllində biz həqiqətən əməkdaşlıq edirik”.
Uorlikin bu fikri ilə sabiq həmsədr Keri Kavano da razılaşaraq qeyd edib ki, Rusiya bu prosesdə bütün səylərini ortaya qoyur və bacardığı hər şeyi edir:
“Rusiya 2016-cı ilin aprelində mərkəzi oyunçu idi. Həmişə də mərkəzi oyunçu olacaq”, – deyə diplomat əlavə edib.
Kavano əmindir ki, Rusiya problemi müstəqil həll edə bilmir: “Moskva, əlbəttə, sonrakı eskalasiyaya maraqlı deyil”.
Orxan Aslanlı / A24.az

