Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kərkük kürd bayrağına niyə etiraz edə bilmir? – Küzecidən açıqlama

05.03.2020 11:12

May ayından etibarən İraq Kürd Regional Rəhbərliyi Kərkükdə bütün inzibati qurumlara kürd bayraqları asmaq qərarı verib. Türkmən və Ərəblərlə əlaqəli qurumlar, o cümlədən, bütün rəsmi binalara Kürd bayrağı asılıb.

Об этом сообщает Руспрес

Kərkük Bələdiyyə Məclisində ötən ay Ərəb və Türkmən üzvlərinin səsverməni baykot  etməsinə baxmayaraq, qərar qüvvəyə mindi. İraq mərkəzi hökumətinin və Türkiyənin etirazı ilə qarşılandı.

Bundan sonra Kərkükdə nələr olacaq?

Kərkük Mədəniyyət Dərnəyinin sədri və Kərkük Qəzetinin Baş Redaktoru Şəmsəddin Küzeci A24.Az-a açıqlamasında qeyd etdi ki, kürd bayraqlarının dövlət orqanlarında rəsmi şəkildə asılması ilə bağlı problem 2007-ci ilin 14 martından gündəmdədir.

“Kərkük valisi Kərkük Vilayət Məclisinə bir ərizə yazaraq  kürd  bayrağının bütün dövlət idarələrində asılmasını  tələb etdi.  28 martda da  Kərkük Vilayət Məclisi də kürd bayrağının asılmasını qəbul etdi. Amma Məclisdə qəbul edilən qərara  nə türkmənlər, nə ərəblər səs verdi.  Bağdad  mərkəzi hökuməti və Türkiyə də  bu qərara reaksiya verdi”.

Kərkükün əli-qolu bağlıdır

Ş. Küzecinin bildirdiyinə görə, Kərkükün vəziyyəti fərqlidir.  “2013-cü ildən bu günə qədər Kərkük Vilayət Məclisinin başqa seçimi olmayıb. Bağdad hökuməti bu qərara son vermək üçün  parlamentlərarası imza kampaniyası başlatdı  və 200 millət vəkili də imzaladı. Kampaniya Kərkük valisinin qəzəbinə səbəb oldu. Çünki  Kərkük valisi hazırda  mərkəzi hökumətdən asılıdır. O bildirdi ki, qanunlara, konstitusiyaya hörmət etməyən işindən çıxardılacaq.  Bağdad Mosul valisini işdən çıxardısa, Kərkük  valisini də bu cür tale gözləyir. Valinin səlahiyyətləri əlindən alınacaq və ya məhdudlaşdırılacaq, Kərkükdə seçkilər yenidən təşkil ediləcək.  Bu vəziyyəti göz önünə gətirib, kürdlərin referendumunu gündəmə gətirsəydilər, mərkəzi hökumət mütləq buna müdaxilə edəcəkdi. Bağdad ordusu ilə  Kərkükə  girəcək və oranı nəzarətinə götürəcəkdi. Türkiyə hadisələrə müdaxilə etməyə məcbur olacaq. Bu da daxili müharibənin qızışması deməkdir. Bölgədə ölkələr də kürd dövlətinin qorunmasına qarşıdır. Sadəcə olaraq kürd dövlətinin yaradılmasını Amerika istəyir. Burada  Amerikanın İraqda nə qədər sərmaye qoymasılə birbaşa əlaqəlidir”.

Vüsalə Əlövsətqızı