Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kürdlər üçün Kərkük paytaxtdırsa, türklər üçün nədir?

05.03.2020 11:12

İraq Kürd Muxtar vilayəti Vaşinqton, Tehran və Ankaranın təkidinə baxmayaraq, referendum qərarından əl çəkmir.

Об этом сообщает Роспрес

ABŞ- ın, İranın, Türkiyənin qəbul etmədiyi referendumu tək dəstəkləyən İsraildir. Hətta o qədər ki, israilli nazir Müstəqil Kürd Dövlətinin yaranmasının İsrailin maraqlarına uyğun olduğunu açıqlayıb. İraq Mərkəzi Hökuməti də referendumu qəbul etmədiklərini bildirərək PKK tərəfdarı və kürd yönümlü Kərkük valisini vəzifədən kənarlaşdırıb.

Duruma baxdıqca da görürük ki, həm İraq Kürd Muxtar Vilayəti, həm də İraq hökuməti Kərkükə olan iddiasından əl çəkmir.

Kürdlər üçün Kərkük referendumdan sonra yaranacaq Müstəqil Kürd Dövlətinin mərkəzidirsə, bəs türklər, türk dünyası üçün Kərkük nədir?  Nə mənanı ifadə edir?

Kərkük təxminən 3 min il əvvəl aşşurlar tərəfindən salınıb. Əhalinin təxminən 60 %-ni türkmanlar, 40- %ni isə kürd, ərəb, süryani əhali təşkil edir. Kərkük şəhəri 26 kvartaldan ibarətdir ki, onun 21-ində türkmanlar, 5-ində kürdlər çoxluqda olub. Əhalisinin çox hissəsinin türkmanlardan ibarət olduğu Kərkük şəhəri iraq türkmanlarının mədəni mərkəzidir.  “Türk balası Qurd olar, ayaq qoyduğu yer yurd olar” türk atalar sözünü əsas götürsək, Kərkükün türklər üçün nə demək olduğunu yaxşı anlayarıq. Bakı Azərbaycan, Ankara Türkiyə, Astana Qazaxıstan, Daşkənd Özbəkistan, Bişkək Qırğızıstan  üçün nə mənanı verirsə, Kərkük də iraq türkmanları üçün o mənanı verir.

Kərkük hər zaman türk yurdu olub.  Bəzilərinə görə İraqda Kürd Dövlətinin yaranmasına qarşı çıxmaq yalançı pafosdan başqa bir şey deyil. Əslində isə İraqda Kərkük mərkəzli Müstəqil Kürd Dövlətinin yaranması İraq türkmanlarının vəziyyətini daha da çətinləşdirəcək.

Onların öz doğma yurd- yuvalarından qovulmasına və Kərkükün türk yurdu olmasından çıxmasına gətirib çıxaracaq ki, bunun da ilk addımını  PKK tərəfdarı Kərkük valisi çıxışında üzünü türkmanlar və ərəblərə tərəf tutaraq “onları sonra qovacağıq” deməklə və rəsmi qurumlarda kürd bayrağı asdırmaqla atmışdı. Kərkük mərkəzli Müstəqil Kürd Dövlətinin qurulması ilə təkcə İraq türkmanları itirməyəcək, Türk dünyası da önəmli strateji nöqtələrindən birini itirəcək.

Çünki Kərkük Orta Şərqin ən qaynar nöqtəsi- “neft mərkəzi” olan İraqda yerləşir və strateji əhəmiyyəti çox böyükdür. Türkiyə və Azərbaycan üçün Kərkükün önəmi digər türk dövlətlərindən daha çoxdur. Kərkükün əsas əhalisinin türkman olması Türkiyənin o bölgəyə aid nəzarət  siyasətində mühüm rol oynayır.

Digər bir önəmli məsələ isə Kərkük- Ceyhan neft kəməridir ki, bu boru xətti vasitəsilə İraq nefti Türkiyəyə daşınır.  Azərbaycan üçün Kərkükün əhəmiyyəti İraq türkmanlarının Azərbaycan tayfalarının törəmələri olmalarıdır.

Vəsilə İbrahim //A24.az