Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Keşlə”nin legioneri baş verənləri təsdiq etdi: “Həqiqətən belə bir şey olub”

05.03.2020 11:13

“Baş verənlərdən xəbərim var. Amma bu barədə dəqiq söz deyə bilmərəm”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu  Qol.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Adrian Skarlatake deyib. Danışılmış oyunda şübhəli bilinərək həbs olunan sabiq komanda yoldaşları – Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı səslənən ittihamlara münasibət bildirən rumıniyalı futbolçu oyun satmaqla bağlı ona təklif olmadığını söyləyib:

“Oyun satmağı kimsə mənə təklif etməyib. Bəlkə də digər futbolçulara bunu təklif ediblər. Amma mənə heç nə deyilməyib. Ola bilsin, məndən çəkindikləri üçün belə ediblər. Çünki mənim xarakterimi bilirlər. Həyatımda heç vaxt belə şeyə getmərəm”.

Skarlatake son vaxtlar bəzi futbolçuların yalandan zədəli olduğunu bəhanə edərək, oyuna çıxmamaları haqda dolaşan söz-söhbətlərə də aydınlıq gətirib: “Bəli, həqiqətən belə bir şey olub. Nə deyəcəyimi bilmirəm. Bəlkə də buna görə indi çempionatda bu vəziyyətdəyik. Bu cür problemlərimiz var imiş”.

Qeyd edək ki, Topaz Premyer Liqanın son 4-5 oyununda şübhəli bilinən Nizami Hacıyev və Mirhüseyn Seyidov saxlanılıblar.