Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Keyfiyyətli dolqulardan istifadə edin”

05.03.2020 11:13

“Pasiyentlərinizə keyfiyyətli dolqulardan istifadə edin və onlara cavanlıqlarını qorumaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini bildirin” – Sevilya universitetinin biokimya kursunun direktoru professor Antonio Ayala azərbaycanlı həkim kosmetoloqlara belə müraciət edib.

Об этом сообщает Футляр от виолончели

Hayal Estetika və Məsləhətçilik şirkətinin Azərbaycanda ilk dəfə keçirdiyi nanotexnologiya əsaslı innovativ dolqulara həsredilmiş konfransda yaşlanmanın kimyasından danışan avropalı alim dərinin tərkibindəki nəmliyi saxlayan təbii məhsullarla gənclik təravətini uzun müddət saxlamaq mümkün olduğunu deyib.

Konfransa dəvət edilmiş digər spikerlər – İspaniya Anti- Age Tibbi Assosiyasının – SEMAL-ın prezidenti Dr.Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidroRebelo, JBP Avropa ofisinin başçısı ve beynelxalq spikeri Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yaponiya istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər. Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər həm də öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş etdiriblər.

JBP Nanolink dolğularının Azərbaycanda rəsmi təmsilçisi olan Hayal Estetika və Məsləhətçilik şirkətinin icraçı direktoru Aynur Saqiyeva bildirib ki, dünyada Top 4-də yer alan, ilk vetek nanotexnologiya əsasında hazırlanan, 100% güvənli Yaponiya dolğularından istifade etmekle tebii gözəlliyinizi qorumuş olacaqsınız . JBP Nanolink dolğularının fərqi isə digər təbii dolğulara nisbətən daha uzun müddət qalmasıdır.

Təşkil edilən konfransın keçirilməsində ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikalara dəstək verib. Tədbirin sponsorları Arash Shirkəti, Estethic gözəllik mərkəzi, ZNK şirkəti, NBLazur 211 tibb mərkəzi, BTLaesthetics, Gözəl Qadın dünyası idi.

Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq və plastik cerrah iştirak edib.

Ətraflı məlumat üçün :hayal-estetik.com