Kılıçdaroğlu həbs edilə bilər
05.03.2020 11:13Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri KamalKılıçdaroğlu həbs edilə bilər.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirak etdiyi iddia edilir. Türkiyə mediasında yayılan məlumatlara görə, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin, Kılıçdaroğlunun verdiyini deyib.
Məlumat hələ rəsmi təsdiqini tapmayıb. Araşdırmalar davam edir.

