Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kim Çen In bu günə kimi 340 nəfəri edam etdirib

05.03.2020 11:13

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bu günə kimi 340 nəfər edam etdirib.

Об этом сообщает Футляр от виолончели

Saytımız “report”a istinadən xəbər verir ki, bu iddia ilə mərkəzi ofisi Cənubi Koreyada yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutu (INSS) çıxış edib.

Təşkilatın “Kim Çen Inın 5 illik iqtidarı” başlıqlı hesabatına əsasən edam olunanlardan 140-ı yüksək vəzifəli hökumət rəsmiləridir. “INSS” iddia edir ki, Kim Çen In iqtidarını gücləndirmək üçün ölüm hökmündən istifadə edir.

Qeyd olunur ki, onun edam etdirdiyi şəxslərin bir qismi partiya və ordu nümayəndələridir. İddiaya əsasən edam edilənlər arasında ölkə başçısının qohumu, ölkənin milli müdafiə şurasının vitse-prezidenti Çanq Song da olub. O, parçalanmaq üçün ac itlərin qabağına atılıb.

Müdafiə naziri Hyon Yong Çol isə 2015-ci ildə paytaxt Pxenyanda izdiham önündə zenit raketi ilə edam edilib. Qeyd edək ki, Kim Çen In 2011-ci ilin 17 dekabrında atasının ürək tutmadan vəfat etməsindən sonra hakimiyyətə gəlib.