Kim Çen İnin adına sabun istehsal edən ŞİRKƏTDƏN AÇIQLAMA
05.03.2020 11:13Müxtəlif növ istehlak məhsulları istehsal edən beynalxalq “Unilever” şirkəti belə bir açıqlama verib: “Yeni istehsal edilən sabun və bədən üçün gellərin adının “KJU2 olmasının Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə heç bir əlaqəsi yoxdur”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu haqda “Mashable” xəbər yayıb. Kampaniyanın təmsilçiləri deyirlər ki, məhsulun adının Kim Çen İnin baş hərfləri ilə eyni olduğunu brendi qeydiyyatdan keçirdikdən sonra biliblər.
“Məhsulu qeydiyyatdan keçirəndən sonra KJU-da Kim Çen İnin adı ilə uyğun olduğunu başa düşdüm, amma bu elə də vacib deyil”-deyə şəxsi gigiyena məhsulları üzrə şöbə müdiri Allan Coup deyib. Mashable nəşri hesab edir ki, abriviaturanı eşidəndə ilk ağla Şimali Koreyanın başçısının adı gəlir (Kim Jong Un, ingilis dilində). Əgər Google-da KJU yazsaq, axtarış motoru Kim Çen İnin adına bir çox link göstərər.
Şirkət onu da qeyd edib ki, dəri üçün yeni məhsul təxminən yarım ilə hazır olub.
Minirə Qubatova

