Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kim deyir ki, əhalimiz müalicə üçün xaricə gedir? 10 milyondan 9-u burda şəfa tapır – Millət vəkili

05.03.2020 11:13

Tbilisi “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilinin səsləndirdiyi fikirlər Azərbaycanda böyük müzakirə doğurub.

Об этом сообщает Руспрес

Belə ki, direktor Azərbaycan səhiyyəsini ələ salıb və deyib ki,  hər il Azərbaycandan 8 min adam klinikada müalicə alır.

Əgər həkimin dedikləri doğrudursa, o zaman bizim səhiyyə niyə bu gündədir və xəstələrimiz İran, Türkiyə, Gürcüstan və Almaniyada şəfa axtarırlar?

Mövzu ilə əlaqədar professor, tibbi ekspert Adil Qeybulla A24.az-a müsahibəsində deyib ki, nə vaxta qədər ki, məmurlar müalicə almaq üçün xaricə üz tutacaq, ölkə səhiyyəsinə can əmanət etməyəcək, əhalinin xaricə axını azalmayacaq. Çünki məmurlar cəmiyyətə örnək olmalıdır.

O, xaricə müalicə üçün üz tutmağı hər ölkədə olduğunu, ancaq ölkəmizdə normanı aşdığını söylədi:

Xaricdə müalicə alamağa getmək bütün ölkələrdə var. Ancaq ölkəmizdə isə bu normadan artıqdır. Bunun isə müxtəlif səbəbləri var. Birincisi, Azərbaycan səhiyyəsi Qərb texnologiyasına tam uyğunlaşdırılmayıb. İcbari-tibbi sığorta hələ tam tətbiq olunmayıb. Bütün bunlar və Azərbaycan səhiyyəsində qarşılaşdığımız digər problemlər: həkim seçiminin düzgün olmaması, müalicədən narazı qalmaq, müalicə xərclərinin baha olması və s.  bütün  bunlar insanların xaricə üz tutmasına şərait yaradır”.

Nəzərə alsaq ki, ölkəmizdə Türkiyədə və digər xarici ölkələrdə təhsil almış gənc həkimlər var. Bunu müəyyən qədər əsassız adlandıra bilərik.

Qarşısını almaq üçünsə birinci növbədə ölkə məmurları özü səhiyyəyə etibar etməlidir. Özləri xaricdə müalicə almamalıdır və əhaliyə nümunə olmalır. Səhiyyədə hər kəs öz işi ilə məşğul olmalı, yəni tibb müəssisələrinin, dərman preaparatlarının reklamları televiziyadan yığışdırılmalıdır.  Qardaş Türkiyəni biz örnək götürməliyik. Onlarda  səhiyyə sistemi nece qurulubsa biz də o şəkildə etməliyik.  İcbari-tibbi sığorta həyata keçirilməlidir.

Məsələyə millət vəkili Musa Quliyev isə tam fərqli yanaşdı.

O, söylədi ki, Kim deyir ki xəstə olan ancaq Avropaya gedir? Dünyada aparılan bütün tibbi əməyiyatların böyük əksəriyyəti Azərbaycanda aparılır: “Açıq ürək əməliyyatları, ürəyin və böyrəyin köçürülməsi əməliyyatları ölkmizdə çox uğurla həyata keçirilir. Azərbaycanın 10 milyona yaxın əhalisi vardır ki, bunun da 9 milyonu ölkəmizdə müalicə alır və çox razı qalırlar.  Xaricə getmək əhalinin öz seçimidir və bİz onlara qarışa bilmərik”.

A24.az//Pərvin Abgül