Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kimsəzizlərə xoş xəbər! Bu qurum Ramazan ayında Azərbaycana gəlir

05.03.2020 11:13

İnsani Yardım Vakfı (İHH) Ramazan ayı ərzində 1 milyon insana yardım etməyi qarşısına hədəf qoyub.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, artıq yarım əsrdir ki,  Ramazan ayında iftar süfrələrini quran, qida paylayan İHH bu il yenə də yetim və ehtiyac sahiblərinin üzünü güldürərək təqribən 1 milyon insanı sevindirməyi hədəfləyir.

Bu il “Sizi gözləyirlər” şüarı ilə yola çıxan İHH Ramazan ayında 5 qitəyə uzun səfərlər təşkil edəcək, ehtiyac sahibi olan bütün insanların qapılarını açaraq Ramazan bərəkətini bütün evlərə daşıyacaq.

Yeni fitrə nömrəsi…

Fitrə nömrəsi SMS yolu ilə 4072-yə göndərilir.

Gedilməsi planlaşdırılan ölkələr bunlardır:

Afrika: Efiopiya, Cənubi Afrika, Malavi, Mozambik, Kenya, Komor, Somali, Uqanda, Ruanda, Sudan – Kesele, Sudan – Darfur, Sudan – Hartum, Zimbabve, Cibuti, Cənubi Sudan, Brundi, Lesotho, Swaziland, Qərbi Afrika, Burkina Faso, Çad, Çad (Orta Afrikalı miqrantlar) Çad (Nijeryalı miqrantlar), Fildişi Sahilləri, Qana, Gine, Kamerun, Kamerun (Orta Afrikalı miqrantlar), Mali, Moritanya, Nigeriya, Seneqal, Sierra Leone və Benin.

Avropa – Amerika: Albaniya, Boliviya, Bosniya, Hersoqovinya, Brazilya, Bolqarıstan, Ekvador, Haiti, Qaradağ, Kolumbiya, Kosova, Macaristan, Makedoniya, Peru, Serbiya, Rumınya və Sancak.

Orta Şərq: Fələstin (Qəzza), Fələstin (Qərbi İordaniya), İraq, Bağdad, Mosul, İran, Şimali İraq, Liviya, Livan, Fələstin, Suriya, Misir , Tunis, İordaniya və Yəmən.

Cənubi Asiya: Pakistan, Azad Kəşmir, Banqladeş, Arakan, Tayland Patani, Tayland Chianq Mai, Filipinlər – Moro, Şri Lanka, Nepal, Hindistan, Assam, Hindistan – Kerala, Jammu Kəşmir, İndoneziya, Vyetnam, Myanmar – Burma, Myanmar – Arakan, Kamboçya, Doğu Türkistan, Japonya, Vanuatu və Fiji.

Qafqazda – Orta Asiya: Abxaziya, Gürcistan, Adıgey, Əfqanıstan, Axıska, Azərbaycan, Çeçenistan, Dağıstan, İnquşetiya, Balkar, Qaraçay, Çərkəz, Qırğızıstan, Krım, Monqolustan, Osetiya və Ukrayna.