Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kino tarixinin ən möhtəşəm 5 giriş səhnəsi olan filmləri – ARAŞDIRMA, VİDEO

05.03.2020 11:13

A24.Az XX əsrdən bu günə qədər kinematoqrafiya tarixinin ən möhtəşəm 5 giriş (epiloq) səhnəsi olan filmlərini təqdim edir.

Об этом сообщает Руспрес

1. İnqmar Berqman – Persona (1966)

İngmar Bergmanın ən qalmaqallı və demək olar ki, çətin anlaşılan, dərin mənalı, fəlsəfi filmidir. Film ekranlara çıxdıqda (1966) çoxlu tənqidlərə məruz qaldı, amma illər keçdikcə bu şedevr əsər öz qiymətini aldı. “Persona” film tarixində yeni mərhələ kimi qiymətləndirilir, ümumiyyətlə film çəkməyə başlayan rejissorun baxmalı olduğu 5 film varsa, birinin bu film olduğu qeyd edilir.

2. Lars von Trier – Melanxoliya (2011)

Melanxoliya danimarkalı rejissor Lars Von Trierin “Dünyanın sonu”yla əlaqədar çəkdiyi metaforik apokaliptik filmidir. Rejissor Kann film festivalındaki təqdimat zamanı “Hitleri başa düşürəm” fikiriylə qalmaqal yaşamışdı.

3. Orson Welles – Touch of Evil (1958)

1960-cı illərin şedevri, sonraki zaman ərzində kinematoqrafiya tarixinin klassikası oldu…

4. Bela Tarr – Werckmeister Harmonies (Qaranlıq Harmoniyalar) (2000)

“Qaranlıq Harmoniyalar” filmi dünyanın günəş ətrafındaki fırlanışını bədən diliylə çox səlist ifadə edib.

5. Sergio Leone – Once upon a time in West (Bir vaxtlar Qərbdə) (1968)

“Bir vaxtlar Amerikada”, “Bir vaxtlar Qərbdə” filmləriylə “Western” janrının dahisi sayılan Leonenin bu epizodu kino tarixinə çox böyük töhfələr verib.

Elməddin Süleymanov