Kirayə qaldığı evdə zorlanan şəhid qızı danışdı: “Mən öldükdən sonra gələn ədaləti istəmirəm”
05.03.2020 11:13Türkiyədə kirayə tutduğu evdə təcavüzə məruz qalan şəhid qızı “Öldükdən sonra olan ədaləti istəmirəm” deyib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ordu vilayətinin Ünyə bölgəsində dövlət qurumlarının birində işləyən şəhid qızı 45 yaşlı A.İ-yə ev sahibi təcavüz edib. O, ” Ədalət axtarıram. Təcavüzüm hər gün qarşıma çıxır” deyib.
Atasının Kipr hərəkatında şəhid olduğunu bildirən A.İ 2008-ci ildə ərindən boşandıqdan sonra kirayə evə köçüb. Evin sahibi onu zorlamağa çalışıb. Köməyinə gələn qonşular onu xilas ediblər.
Məhkəməyə verdiyi adam tərəfindən o, dəfələrlə təhdid edilib və şikayətini geri götürməyi tələb edilib. Sonda məhkəmə qadını təhdid edən şəxsi günahsız elan edərək sərbəst buraxıb. Əlavə olaraq, uduzan tərəf olduğu üçün qadından təzminat tələb edilib. 3 uşaq anası olan A.İ uşaqları çətinliklə böyütdüyünü, məhkəməyə verməyə pulu olmadığını bildirib.
Qadın hələ də, təkid edildiyini, şikayətlər etsə də, ona baxılmadığını deyib.
O, “Mən ədalət istəyirəm. Öldükdən sonra gələn ədaləti istəmirəm” deyə açıqlama verib.

