Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kirayədə yaşayan qadından ev sahibi xanıma qarşı nalayiq əməl

05.03.2020 11:13

Bakıda qadın kirayədə yaşadığı evdən oğurluq edib. Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.