Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kişilərimizin xaricdən cinsi xəstəliklər gətirməsi fikri absurddur – RƏYLƏR

05.03.2020 11:13

Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcovun yayda istirahətə gedənlərlə bağlı açıqlaması yeni mövzu ortaya qoyub.

Об этом сообщает Роспрес

Əgər tibbin, yayda istirahətə gedənlərlə bağlı nə əlaqəsi var deyə düşünürsünüzsə, o zaman yanılırsınız. Çünki Zülfüqar Fərəcov iki mövzunu bir-birinə calamağı bacarıb. Belə ki, professor yaydan sonrakı aylarda, cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edildiyini deyir.

 “Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir”- deyə professor açıqlamasında bildirib.

Sual olunur: Əgər xəstəliklər xarici vətəndaşlardan keçirsə, niyə bunu məhz xarici turizmlə əlaqələndiririk? Çünki həmin xarici vətəndaşlar, Azərbaycan sərhəddindən də keçir. Üstəlik türklərin təbirincə desək, eyni “kaçamak”lar burda da baş verə bilər və verir də…Belə çıxır ki, Azərbaycana yalnız heç bir xəstəlik daşıyıcısı olmayan, sağlamlığından yüz faiz əmin olduğumuz turistlər gəlir. Onların heç bir xəstəlik daşıyıcısı olmadığına kim təminat verə bilər? Xüsusi yoxlanışdan keçirlərmi? Hər halda nə sağlamlıq kağızı əllərində gəzirlər,  nə də tibbi arayışı üstlərinə yapışdırırlar.

Bəs bütün bunlar, “xeyir vətənə qalsın” misalı, xaricə turist axınının qarşısını almaq üçün atılmış addım ola bilərmi?

Sualımıza iqtisadçı ekspert Natiq Cəfərli cavab verdi. Onun sözlərinə görə, insanlar bu cür ayırmaq düzgün deyil. İstər xaricə gedən olsun, istər gələn, bu risk hər zaman var:

“Turizm inkişaf edən ölkələrdə həmişə bu problem olub, bundan sonra da olacaq. Nə qədər çox turist gəlirsə, bir o qədər cinsi xəstəliklərin artamsı ehtimalı yüksəkdir. Bununla inzibati qaydada  mübarizə aparmaq mümkün deyil. Marifləndirmə işləri gücləndirilməli, xəstəlik barədə  məlumatlar  yayılmalıdır”.

Turizm üzrə ekspert Ramin Zamanov isə bildirdi ki, bunu deyən hansı professordursa, çox sərsəm fikirlər səsləndirib.

“Bu tibb üçün əhəmiyyətli mövzu ola bilər. Dolayısı ilə bunun insanlarla da əlaqəsi var. Lakin bunun, yay və ya qışla əlaqəsi yoxdur. Bunu tamamilə turizmə bağlamaq da düzgün deyil. Bu çox fərdi bir məsələdir. Heç kəs deyə bilməz ki, yayda turistlər xaricə gedir, payızda xəstəlik artır. Bunun fəsillə, turizmlə əlaqəsi yoxdur. İnsanın öx şəxsi gigiyenasına fikir verməsi ilə əlaqədardır.  İnsan varsa demək ki, bu cür xəstəliklər də var”.

Nərmin Kərim