Kişinin cəsədi bir il ağacdan asılı qaldı: ayaqlarını vəhşi heyvanlar yedi
05.03.2020 11:13Antalyada təqribən 1 il əvvəl öldüyü təxmin edilən bir kişinin meşədə asılmış cəsədi tapılıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Antalyada ağıllara durğunluq verən bir hadisə yaşanıb. 1 il əvvəl öldüyü təxmin edilən vətəndaşın cəsədi meşədə asılı vəziyyətdə tapılıb. Cəsədin bir kişiyə aid olduğu və onun ayaqlarının heyvanlar tərəfindən yeyildiyi deyilir.
Meşəlik ərazidə heyvanlarını otladan bir çoban ayaqları olmayan və çürümüş bir cəsədin kolluqlar arasında asılı olduğunu aşkarlayıb. Çoban xəbər verdikdən sonra hadisə yerinə polislər gəlib.
Üzərində şəxsiyyət vəsiqəsi olmayan cəsədin bir kişiyə aid olduğu, artıq bir ilə yaxındır ağacdan asılı olduğu bildirilib.

