Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Klubda baş verən qətliamın şahidi ukraynalı qadın bunları yazıb “facebook”unu bağladı

05.03.2020 11:14

Yeni il gecəsi “Reina” klubda baş verən qətliam zamanı klubda olan ukraynalı bir qadın yaşadıqlarından danışıb. A24.Az xəbər verir ki, Nataliya Volnova işlədiyi şirkətin yeni ili qeyd etmək üçün təşkil etdiyi gəzinti çərçivəsində Türkiyəyə gəlibmiş. Şirkət əməkdaşları ilə birlikdə yeni ili qeyd edən Volnova gördüyü dəhşətli anları Facebook hesabından paylaşdığı bir statusla dilə gətirib.

Об этом сообщает Роспрес

“Terrorçular biraz əvvəl bizim şirkətin yeni ili qeyd etdiyi klubu ələ keçirdi. Çox sayda ölü var. Mən həyatdayam! Həyatdayam!”.

Hadisədən bir müddət sonra yenə o anlar barədə danışan Volnova “hadisədən sonra məni gizləndiyim masanın altından çıxararaq çölə çıxmağımı təşkil edən, bu əsnada əllərimi bərk-bərk tutan, məni qoruyan türk polisinə təşəkkür edirəm” deyə yazıb.

“Gecə klubundan yağış altında polis idarəsinə qədər olan 500 metrlik məsafəni dekolteli paltarla getmək məcburiyyətində qaldım. Çünkü paltom klubda qalmışdı. Bu əsnada mənə pencəyini verən və daha sonra Ukraynanın Lutsk şəhərindən olduğunu öyrəndiyim Nataşa adlı qıza da təşəkkür edirəm”.

Volnova mesajının sonunda jurnalistlərdən onu narahat etməməsini xahiş edib və Facebook hesabını bağlayıb.