Köhnə ANS-çi Space TV-yə direktor gətirildi – Qalamqallı təyinat
05.03.2020 11:14Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
A24.Az Ölkə.Az-a istinadla xəbər verir ki, Vaqif Mustafayev bu posta keçmiş ANS-çi Afət Telmanqızını təyin edib. O, bu vəzifədə Azadə Balayevanı əvəzləyib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.
Об этом сообщает Футляр от виолончели
Qeyd olunur ki, hazırda xəbərlər departamenti iki cəbhəyə ayrılıb. Hətta bir neçə gün öncə istefa vermiş baş redaktor Elman Gədiklinin geri dönməsini istəyənlərin də olduğu deyilir.
Qeyd edək ki, A.Baleyeva uzun müddət ANS telekanalında çalışıb. O, bir neçə gün öncə Elman Gədiklinin yerinə təyin edilmişdi.

