Kök adamların şəhərində arıqlayan oğlanın videosu hit oldu – VİDEO
05.03.2020 11:14“Edeka” adlı alman supermarketi köklər şəhərində maraqlı bir reklam çarxı hazırlayıb. A24.Az lenta.ru-ya istinadən xəbər verir ki, həmin şəhərin sakinləri yüksək dərəcədə piylənmədən əziyyət çəkir və xüsusi hazırlanmış boz sıyıqla qidalanırlar.
Об этом сообщает Футляр от виолончели
Çarx 15 fevralda dərc edilib, “Facebook”da 36 milyondan çox baxış yığıb, “YouTube”da isə 2,7 milyon dəfə izlənilib.
Reklam çarxının baş qəhrəmanı balaca oğlan uşağıdır, o, öz çəkisi ilə bacarmır. Bir gün quşun giləmeyvələrlə qidalandığını görərək ona bənzəmək istəyir, quş kimi uçmağa qərar verir və arıqlamaq üçün israr edir. Boz sıyıqdan imtina edir və nəticədə arıqlayır.
“Edeka” supermarketinin nümayəndələrinin sözlərinə görə, insan olmaq üçün, insan kimi qidalanmaq lazımdır.

