Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kölə ticarəti edən müsəlman ölkəsində məscid tikildi

05.03.2020 11:14

Qərbi Afrika ölkəsi olan Qvineyanın paytaxtı Konakridə 2013-cü ildə tikintisinə başlanılan 7 000 nəfərlik II Əbdülhəmid Xan məscidi minlərlə insanın iştirak etdiyi mərasimlə açılıb.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mahmud Ustaosmanoğlu adına tikintisi başlayan kompleks 21 000 kv.metr sahədə inşa edilib. Sarı günbəzilə müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsanın memarlığından istifadə edilməklə tikilən II Əbdülhəmid Xan Məscidində 7 000 nəfər eyni vaxtda namaz qıla bilər. Bu məscid kompleksində qız və oğlan mədrəsəsi, 500 tələbənin təhsil alacağı ixtisas mərkəzi, gündə 100 nəfərin müalicə oluna biləcəyi sağlamlıq mərkəzi, 3000 nəfərlik yeməkxana və qonaq zalı var.

Qeyd edək ki, Qvineya kölə ticarətinin başladığı ilk Afrika ölkəsidir. Əhalisinin 86%-i müsəlman olan Qvineya Qərbi Afrikada İslamın ən geniş yayıldığı ölkələrdən biridir.