Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Köməkçisi İlhamə Quliyevanın qəbri üstündə ağladı: “Hər şeyi açıqlayacam” – VİDEO

05.03.2020 11:14

ARB TV-də yayımlanan “Elin gözü” proqramında qonaq olan mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova bütün həqiqətləri açıqlayacağını deyib.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, o bildirib ki, İlhamə Quliyevanın ölümünə görə özünü bağışlaya bilmir:

“Bu gündən sonra susmayacam. Artıq haqq-ədalət öz yerini tapmalıdır. Mən hər şeyi açıqlayacam. Bilirsiniz ki, mənim sizə həmişə sadiqliyim olub. İnanmıram ki, sizin ruhunuz məndən incisin. Çünki siz məni gözəl tanıyırdınız. Susa bilmirəm, artıq ürəyim şişib. Hər kəs bunu bilməlidir”.

Müğənninin köməkçisi İlhamə Quliyevanın mirasını onun dayısı olduğu Eldar İsmayılovun idarə etməli olduğunu deyib:

“Bunu İlhamə Quliyeva ehtibarnamə ilə təsdiq edib”.

Verilişdə iştirak edən hüquqşunas İkram Adullayev Mehriban Hüseynovanın qeyri-səmimi olduğunu və ehtibarnamənin İlhamə Quliyeva dünyasını dəyişdikdən sonra qüvvədən düşdüyünü bildirib.