Komitə sədri “Hacı Cavad” məscidinin taleyinə aydınlıq gətirdi: “Yeni məscid tikilərsə…”
05.03.2020 11:14Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Hacı Cavad” məscidinin taleyinə aydınlıq gətirib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, M.Qurbanlı bildirib ki, bu məsələ ilə bağlı xüsusi komissiya yaradılır.
M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, “Hacı Cavad” adı altında yeni formada fəaliyyət göstərəcək: “Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olununmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək”.
Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib.

