Könül Xasıyeva dünyasını dəyişdi? – Açıqlama
05.03.2020 11:14Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri yalan çıxdı.
Об этом сообщает Роспрес
Uzun müddətdir ki, sağlamlıq problemi yaşayan xalq artisti Könül Xasıyevanın yaxın dəqiqələrdə dünyasını dəyişdiyi deyilir. Ancaq xəbərin yalan olduğu üzə çıxıb. Bu barədə tanınmış xeyriyyəçi Nacı Nuran sosial şəbəkədə münasibətini bildirib. O deyib ki, Könül Xasıyeva sağdır. Rəhmətə getməyib, onunla indi danışmışam. Xahiş edirəm yalan xəbərlər yayılmasın”.
Həmçinin a24.az-a Xalq artisti Canəli Əkbərov da bu barədə açıqlama verib:
““Könül Xasıyeva… Ola bilər, hər şey ola bilər. Mən də gənc qızımı itirmişəm. İndi 3 uşağı yetim qalıb üstümdə. Hələ uşağı varsa, böyük dərddir. Vallah, məlumatın dəqiq olub – olmadığını bilmirəm. Əgər dünyasını dəyişibsə, Allah rəhmət eləsin! Yox əgər sağdırsa, Allah can sağlığı versin, Amin!”
Elvin Paşazadə

