Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanın da üzv olduğu təşkilatdan açıqlama: “Üzv ölkələr hərbi əməkdaşlıqda istənilən məsələni həll edəcək”

05.03.2020 11:14

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri hərbi əməkdaşlıqda istənilən məsələni həll edəcək”

Об этом сообщает Футляр от виолончели

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Yuri Xaçaturov Minskdə KTMT-ya üzv olan dövlətlərin iclasında deyib. Yuri Xaçaturov bildirib ki, KTMT-ya üzv olan dövlətlərə kollektiv təhlükəsizliyinin təminatı üzrə çox mürəkkəb məsələləri həll etmək lazımdır:

“Əminəm ki, hərbi əməkdaşlıqda istənilən məsələ ilə bağlı həmişə ümumi dil tapacağıq”, – deyə Y.Xaçaturov vurğulayıb. İclas açıq elan edildikdən sonra, Belarusun müdafiə naziri Andrey Ravkov təşkilatın üzvü olan dövlətlərin hərbi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə etməyi təklif edib . O bildirib ki, görüşün formatı onlara səmimi şəkildə oturub danışmağa və müzakirə etməyə imkan verir.

Daha sonra Andrey Ravkov xatırladıb ki, 2017-ci il KTMT üçün iki yubiley tarixə görə əlamətdardır: Bu təşkilatın yaranmağının 25 illik yubileyi və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin imzalanmasından 15 il ötür. O bildirib ki, may ayında müdafiə nazirləri Moskvada görüş keçirirək orada da bir sıra məsələləri müzakirə ediblər. Müdafiə naziri Andrey Ravkov şura üzvləri adından Yuri Хaçaturovun KTMT-nin baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

A.Ravkov bildirib ki, yeni baş katibin təcrübəsi üzv ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində kömək edəcək.