Könüldən ŞIDIRĞI RƏQS – VİDEO
05.03.2020 11:14Tanınmış azərbaycanlı aparıcı Könül Yusifqızı paytaxt restoranlarının birində qızı Səhərə doğum günü məclisi qurub.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, bir çox şou-biznes nümayəndələrinin qatıldığı gecədə bir çox maraqlı məqamlar yaşanıb.
Qızının xeyir işi barədə danışan aparıcı, “Qızımın ad günündə çox həyacanlıyam. Bir çox dostlarımı bu günkü məclisə dəvət eləmişəm. Gələnlərin canı sağ olsun, gəlməyənlər də nəmərlərini göndəriblər. Borclu-borclunun sağlığını istəyər. İndi prodüserim Rəqsanə ilə böyük bir layihə ərəfəsindəyəm. Mayın axırı, iyunun əvvəli efirə gəlirik. Hansı kanalda veriliş aparacağımı isə açıqlamıram. Mən elə də böyük məclisləri sevmirəm. Bu mənim ilk böyük məclisimdir. Belə düşündük ki, bu ad günü ilə də bütün işlərimizə, layihələrimizə start verək”.
Tanınmış müğənnilərin dəvət olunduğu ad günü mərasimində K.Yusifqızının şıdırğı rəqsi isə gecəyə xüsusi maraq qatıb.
Qeyd edək ki, ad gününə xalq artisti, aktrisa Həmidə Ömərova, Rada Nəsibova, əməkdar artist Cavanşir Məmmədov, müğənni Rüfət Aslanov, Rövşən Civişov, Sevinc Musayeva, Aşıq Namiq, aparıcı Afaq Gəncəli, Lətafət Ələkbərova stilist Nigar İbrahimova və digər tanınmışlar iştirak edib.

