Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kooperasiya Universitetinin tələbələrindən qızlara qarşı TƏRBİYƏSİZLİK — VİDEO

05.03.2020 11:14

Kooperasiya Universitetinin yaxınlığında tələbələr küçədən keçən gənc xanımları dövrəyə alaraq alqışlayıb, nalayiq davranışılar sərgiləyiblər.

Об этом сообщает Футляр от виолончели

Yol keçən xanımları narahat edən gənclərə heç kim müdaxilə etməyib. Əksinə, onların bu hərəkətləri naməlum şəxs tərəfindən videoya çəkilib.

Məsələ ilə bağlı Kooperasiya Universiteti ilə əlaqə saxladıq. Universitetdən, “Bu haqda heç bir məlumatımız yoxdur, əvvəlcə araşdırmalıyıq. Amma bizim universitetin tələbələri o cür hərəkətlər etməz”.-deyə məsələyə münasibət bildirildi. Əgər bu hərəkəti edən universitetin tələbələridirsə, o zaman hansı  cəza tədbirləri görüləcək sualına, ” Belə şeyə görə universitetdən tələbə qovmaq olmaz. Araşdıracağıq”.-deyə cavab verilib.

A24.Az həmin videonu sizə təqdim edir: