Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə

05.03.2020 11:14

Çeçenistanın paytaxtı Qroznı şəhərində “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov həbs edilib.

Об этом сообщает Роспрес

A24.az-ın Lent.Az-a istinadən xəbərinə görə, onun üzərindən xeyli miqdarda narkotik götürülüb.

“Kor Hüseyn” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.

“Kor Hüseyn” bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və “Sabirabadlı Hikmət”in qardaşı oğlu Məmmədqulu Muxtarova “qanuni oğru” adı vermək üçün “sxodka” çağırıb. Amma “sxodka”ya “Lotu Quli” müdaxilə etdiyindən baş tutmayıb. “Kor Hüseyn” “Lotu Quli”nin düşmənlərindən sayılır. Onun həbsi isə kriminal aləmdə böyük əks-səda doğurub.