Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Körpələrə görə güllələnən köpəklər: Dünya itlərlə necə bacarır?

05.03.2020 11:14

Bu ilin aprel-may aylarından etibarən ölkədə onlarla uşaq küçə itlərinin hücumuna məruz qaldı. Sahibsiz itlərin insanlara hücum etmə halları  günü-gündən çoxaldı. Zamanında isə heç bir tədbir görülmədi.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin hesabatına görə bu ilin 8 ayı ərzində Azərbaycanda 6500 nəfəri heyvan dişləyib, bunların 90 faizində söhbət məhz sahibsiz itlərdən gedir.

Azərbaycanın sahibsiz itlərlə bağlı problemi illərdir davam edir. Bir vaxtlar sahibsiz itlər Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi əsasında elə küçədə də güllələnirdi. Daha sonra bu proses təxirə salındı.

2007-ci ildə  Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşuldu. Bu konvensiyaya görə, heyvanların öldürülməsi qəti şəkildə  qadağandır.  Ara-sıra bu qanunun da işləmədiyini gördük.

2015-ci ildə Bakıda Avropa oyunları keçirilərkən küçə itlərinin şəhərin ətraf bölgələrində bir yerə yığaraq yandırılması da gündəmi qarışdırmışdı. Heyvanların hüquqlarını müdafiə edən təşkilatlar o zaman ayağa qalxdı. Heyvansevərlərin dəstəyi ilə müxtəlif bölgələrdə itlər üçün sığınacaqlar tikildi.

Bu il də İslam oyunlarının keçirilməsi ilə əlaqədar olaraq küçə itlərinə qarşı heç bir tədbir görülmədi. Demək olar ki, şəhərin hər küçəsində itlərin hücumundan əziyyət çəkən sakinlər oldu.

Bu günlərdə Sumqayıtda 5 yaşlı uşağın itin dişləməsindən sonra dünyasını dəyişməsi, nəhayət ki müvafiq qurumları hərəkətə keçirdi.

Qeyd edək ki, Sumqayıtda baş verənlər 2017-ci ildə itin dişləməsinin ölümə səbəb olduğu yeganə faktdır.

Bu dəfə isə heyvanlara divan tutmağa başladılar. Şəhər sakinlərinin sözlərinə görə itlər müxtəlif yerlərdə güllələnir, cəsədləri isə ortalıqda qalır. Bir itin güllələnməsi isə  Bakı şəhər İcra Hakimiyyətinə 28 manata (15 avroya yaxın) başa gəlir.

Sahibsiz itlərin küçələrdən yığışdırılması prosesi hələ də davam edir. Bu proses bəzi hallarda qeyri-qanuni şəkildə həyata keçirilir.

Bu günlərdə gündəmə itlərin qısırlaşdırılması məsələsi gəlib. Sterilizasiya və axtalama sahibsiz heyvanların çoxalması problemini 7 il ərzində həll edir. Axtalanmış və sterilizə edilmiş itlər artıq aqressiv olmur və insanlar üçün heç bir təhlükə törətmirlər. Heyvanları güllələyəndə qalanlar dəhşətli templə çoxalırlar. Təbiətin qurduğu qanuna görə, ətrafda itlər azalıbsa,  dişi it doqquzdan çox küçükləyə bilər.

İtlərin quduzlaşmasının müəyyən dövrləri vardır.

Adətən çiftləşmə dövründə itlərdə quduzluq müşahidə edilir. Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan  Bakı Şəhər Kommunal Təsərrüfat Birliyi isə ehtiyac yarandıqda küçə itlərinə qarşı müvafiq tədbirlər görmür.

Bakı şəhəri İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sahə rəisi Ərəstin Əmiraslanov APA-ya açıqlamasında bildirib  ki, ilin sonuna qədər Bakıda sahibsiz itlərlə bağlı problem həll olunacaq. “Hazırda bu istiqamətdə iş aparılır. İnsanlar küçələrdə sahibsiz itlərə rast gələcəklər, amma onlar nömrələnəcək, sterilizə olunacaq, aşı ediləcək və insanlar üçün təhlükəsiz olacaqlar”.

Əmiraslanovun qeydinə görə,  itlər xüsusi vasitələrlə tutulur. “Zor tətbiq edilmədən onları sahibsiz heyvanlarla mübarizə üzrə xüsusi sahəyə gətirirlər. Baytarlar itləri müayinə edir. Əgər itlərdə quduzluq kimi insanlar üçün təhlükəli xəstəliklər aşkarlanırsa, onlar öldürüldükdən sonra yandırılırlar. Sağlam itləri isə yedizdirir, təmizləyir və bəsləyirik. Bundan başqa, itlər tutulur və sterilizə edilir ki, çoxala bilməsinlər. Bundan sonra onlar nömrələnir və küçəyə buraxılırlar”.

Xaricdə küçə itləri ilə mübarizə Azərbaycandan fərqli olaraq daha humanist qaydada həyata keçirilir. 

Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var.

Avropada isə heyvanların hüquqları qanunlarla ciddi şəkildə qorunur.  Almaniya qanunvericiliyinə görə, əgər heyvanlara çəkilişlərdə əziyyət verilərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslərə qa məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi isə  10 min avro məbləğində cərimə və ya 1 ilik həbs cəzası gözləyir.

İt həmişə insanın sadiq dostlarından biri olub. Qoyun sürüsünü qoruyan da,  kəndlinin harayına yetən də itlər olub. Axı necə olur ki, itlər fərqli bölgələrdə quduzlaşa bilirlər.

Bir kəndli ilə şəhərlinin itə yanaşmasında fərqli cəhətlər çoxdur. Kənddə hər kəs it üçün ayrıca yemək ayırar. Süfrələrdən yığışdırılan yeməklərin qalıqları heyvanlara verilər. Şəhərdə isə hər şey 4-5  qat paketlənib zibil yeşiklərinə atılır. İtlərin aqressiyası da burdan başlayır. Asanlıqla özünə yemək tapan it heç zaman aqressiv ola bilməz.

İtlərin heç də hamısı təhlükəli deyil. İtlərin quduzlaşmasının səbəbi isə elə insanlardır. Quduzluq xəstəliyinə qarşı müvafiq tədbirlər əvvəlcədən görülməlidir.

Bir şeyi yaddan çıxartmayaq ki, Yer üzü təkcə insanların yaşamağı üçün yaradılmayıb. İnsanlar kimi heyvanların da yaşamaq, çoxalmaq hüququ vardır. Yer üzündə yaşayan canlılar bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir. Bu gün kökünü kəsdiyimiz itlərin insanlardan aldığı qisas isə dəhşətli olacaq.

Vüsalə Əlövsətqızı