Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Körpənin ürək əməliyyatına dəstək olan Xoşqədəmin Doğuşu Zəhranın qətlinə səssiz qaldı

05.03.2020 11:14

Ötən gün ermənilər tərəfindən 2 yaşlı Zəhranın qətlə yetirilməsinə laqeyd qalmayan məşhurlarla yanaşı səssiz qalanları da az deyildi.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Bir millət – iki dövlət olan Türkiyənin bəzi məşhur müğənnilərinin 2 yaşlı Zəhranın qətlinə səssiz qalması maraq doğurub.

Belə ki, sosial mediada Kartal adlı türk körpəsinin ürək əməliyyatı olunması üçün yardım kompaniyasına qoşulan məşhurları 2 yaşlı körpənin qətlinə səssiz qalıblar. Müğənni Doğuş , Murad Boz və Ebru Gündeşi bu siyahıya daxil edə bilərik.

Qeyd edək ki, erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndi atəşə tutulub. Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Brilyant Rəsulova //A24.az