Kosmosdan ilk 4K canlı yayım ediləcək
05.03.2020 11:15“NASA” və “Amazon” şirkətləri ortaq layihə həyata keçirəcək. Şirkətlər kosmosdan 4K canlı yayım etməyə hazırlaşır.
A24.Az-ın verdiyi xəbərə görə, bu barədə “Amazon Web Services”in saytında məlumat verilib.
Об этом сообщает Роспрес
4K formatında canlı yayım 26 aprel tarixində Bakı vaxtı ilə 21:30-da reallaşacaq. Bu canlı yayımı həyata keçirmək üçün “Amazon Web Services”-in texnikasından istifadə ediləcək.
Qeyd edək ki, canlı yayımdan dərhal sonra “NASA”nın həmin materialı internet səhifəsindən paylaşacağı bildirilib.

